A24 Xeber

Gədəbəydə dolu və yağış təsərrüfata ziyan vurdu – Mal-qara tələf oldu

Gədəbəydə dolu və yağış təsərrüfata ziyan vurdu – Mal-qara tələf oldu
59
23 May 2018 - 1:37

Gədəbəy rayonuna yağan güclü leysan yağışları təsərrüfata ziyan vurub.

A24.Az “Report”a istinadən xəbər verir ki, leysan yağışları və dolu nəticəsində rayonun Mormor, Arabaçı, Çay Rəsullu və daha bir neçə kənd ərazisində təsərrüfata ziyan dəyib.

Bəzi kəndlərdə yolları sel suları dağıdıb. Kəndlərə düşən dolu nəticəsində meyvə ağaclarına və bəzi evlərin dam örtüyünə də zərər dəyib. Rayonun Xarxar kəndindəki dağlıq ərazidəki otlaq sahəsinə düşən ildırım nəticəsində 10-dan çox xırda buynuzlu heyvan tələf olub.

Leysan yağışlar, əsasən Şınıq bölgəsində intensiv olub və sakinlərin bildirdiyinə görə, bölgədə bir neçə kiçik körpünü sel aparıb.

Təbii fəlakətin vurduğu ziyanın hesablanması və yaratdığı problemlərin həlli istiqamətində iş aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00