A24 Xeber

Gədəbəydə iki avtomobil toqquşdu: Sürücülər xəsarət aldı

Gədəbəydə iki avtomobil toqquşdu: Sürücülər xəsarət aldı
30
07 Aprel 2018 - 23:46

Gədəbəydə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy şəhərində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Arıqdam kənd sakini 1985-ci il təvəllüdlü İskəndərov Elçin İskəndər oğlu və “Prado”nun sürücüsü 1955-ci il təvəllüdlü Sadıqov Akif Nəbi oğlu müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. E. İskəndərovun vəziyyətin orta ağır, A. Sadiqovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00