A24 Xeber

Gədəbəydə iki VAZ toqquşub – ölənlər var

Gədəbəydə iki VAZ toqquşub – ölənlər var
52
04 İyun 2018 - 8:19

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.

“A24.az”  APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib.

Hərəkətdə olan iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər.

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00