Gələn aydan müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır

Gələn aydan müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Want create site? Find Free WordPress Themes and plugins.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə, diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir

“Müəllimlərin işə qəbulu üzrə müsabiqə, müəllimlərin yerdəyişməsi üzrə müsabiqə və diaqnostik qiymətləndirmədə iştirak ödənişsizdir”.

A24.Az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, buna görə elektron ərizələrin doldurulması, yaxud müraciətə baxılması üçün hər hansı ödənişin edilməsi nəzərdə tutulmayıb.

Müəllimlərin yerdəyişməsi üzrə sənəd qəbulunun iyun ayının 1-də başlayacağını vurğulayan M. Camalzadənin sözlərinə görə, bu il müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin qaydalarında dəyişikliklər həyata keçirilib: “Dəyişikliklərə əsasən, artıq müəllimlərin iş yerinin eyni rayon, şəhər daxilində dəyişdirilməsi, eləcə də bir rayondan, şəhərdən digər rayona, şəhərə dəyişdirilməsi vahid çərçivədə həyata keçiriləcək. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə zamanı əsas götürülən göstərici müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı baldır. Amma əgər hər hansı bir namizədin əri və ya arvadı hərbçidirsə, yaxud namizəd şəhid ailəsinin üzvüdürsə, həmin adamların topladıqları bal 1,1 artım əmsalına vurularaq hesablanacaq”.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar