Kitab Nurlan Ağanın Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrası üzrə yerinə yetirdiyi “Türkiyədə 15 iyul hərbi çevrilişi cəhdi və Azərbaycan KİV-i (15.07.2016 – mart 2017)” adlı buraxılış işinin təkmilləşdirilmiş və əlavələr edilmiş versiyası olaraq hazırlanıb. Kitabda qonşu ölkənin müasir siyasi tarixində geniş əks-səda doğurmuş hadisə olan “15 iyul” hərbi çevrilişinə cəhdinin Türkiyə və Azərbaycan mətbuatı, onlayn və sosial mediası, ümumilikdə KİV-ində işıqlandırılması və həmin materialların təhlilindən bəhs olunur. Burada həmçinin “15 iyul”a gələn yola qədər Türkiyədə siyasi jurnalistikanın təşəkkül və inkişafı məsələlərinə də toxunulur. Kitab siyasi və ictimai elmlər sahəsində çalışan tədqiqatçılar, jurnalistika fakültələrində təhsil alan tələbələr, magistrantlar, media nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda bu mövzuda yazılmış ilk kitabdır.

A24.Az