Gənc yelkənçilərimiz İLK 4-lükdə

Gənc yelkənçilərimiz İLK 4-lükdə
Want create site? Find Free WordPress Themes and plugins.

Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova yüksək nəticə nümayiş etdirib.

Yelkənli İdman Federasiyasından A24.Az-a verilən məlumata görə, o, Sloveniyada “Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasından 4-cü yerdə qərarlaşıb.

Yelkənli İdman Federasiyasının aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə kimi dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənçiləri Azərbaycanı bir çox Beynəlxalq yarışlarda uğurla təmsil ediblər.

Qeyd edək ki, 2014-cü ildən etibarən Federasiyanın maddi texniki bazası gücləndirilib, məşqçi korpusu formalaşdırılıb, o cümlədən yeni idmançılar cəlb olunub. Məqsədlərə nail olunması üçün Federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Hazırda “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu sinifləri üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandarın məşqləri keçirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar