A24 Xeber

Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs, 1 nəfər isə məhv edildi

Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs, 1 nəfər isə məhv edildi
79
21 İyul 2018 - 14:15

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

A24.Az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

Cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib.

A.Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərəkən cavab tədbiri olaraq məhv edilib.

Hadisə yeri və meyitə baxış zamanı A.Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00