Gəncə hadisələri xaricdən idarə edilib - AÇIQLAMA

Gəncə hadisələri xaricdən idarə edilib – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Faktlar təsdiq edir ki, Gəncə hadisələri qabaqcadan planlaşdırılıb və bilavasitə xaricdən idarə edilib.

“A24.az” xəbər verir ki, artıq Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilmişdi. İstintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.

Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar