Gəncə hadisələrinə görə daha üç nəfər həbs edildi - FOTOLAR

Gəncə hadisələrinə görə daha üç nəfər həbs edildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

 İyulun 3-də Gəncədə törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, 1966-cı ildə anadan olan Akif Əliyev Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa, iyulun 10-da Gəncədə baş vermiş cinayət hadisəsinin fəal iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu da həbs ediliblər.

Əliyev Seymur Ceyhun oğlu 1993-cü il yanvarın 18-də Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info”nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanılıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən müşavirədə dövlətimizin başçısının qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar