A24 Xeber

Gəncə sakini ailə münaqişəsi zamanı özünə xəsarət yetirdi

Gəncə sakini ailə münaqişəsi zamanı özünə xəsarət yetirdi
29
29 Aprel 2018 - 2:38

Gəncə sakini özünə kəsici alətlə xəsarət yetirib.

A24.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1990-cı il təvəllüdlü İskəndər İskəndərov bədənin müxtəlif hissələrinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İ. İskəndərovun bacısı 1988-ci il təvəllüdlü N. İskəndərova da bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, İ.İskəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı ilə dalaşan zaman ona kəsici alətlə xəsarət yetirmək istəyib. Bu zaman araya girən bacısı N. İskəndərova və özü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00