Gəncədə diri-diri yandırıldığı iddia edilən hicablı qadınla bağlı DİN-dən AÇIQLAMA

Gəncədə diri-diri yandırıldığı iddia edilən hicablı qadınla bağlı DİN-dən AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

“A24.az” bildirir ki, bunu “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da “Report”un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: “Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır”.

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Kriminal, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar