Gəncədə gənc oğlanı döyərək öldürdülər

Gəncədə gənc oğlanı döyərək öldürdülər
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncə şəhərində döyülən şəxs xəstəxanada ölüb.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, iyulun 31-də ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yusifov Kamran Abbas oğlu avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə başlanan cinayət işi Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsiyə edilərək Gəncə şəhər Prokurorluğuna göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Əliyev Həbib Elşad oğlu tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yusifov Kamran Abbas oğlu naməlum şəraitdə döyülərək kəllə-beyin travması alıb. Vəziyyəti ağır olan 24 yaşlı gənc Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar