A24 Xeber

Gəncədə qız qaçıran 20 yaşlı oğlan qətlə yetirilib

Gəncədə qız qaçıran 20 yaşlı oğlan qətlə yetirilib
65
16 Sentyabr 2018 - 11:43

Gəncə şəhərində qətl hadisəsi baş verib.

“A24.az” bildirir ki, bir müddət əvvəl Daşkəsən rayonundan olan 20 yaşlı İsayev Asəf Gəray oğlu evlənmək məqsədilə Şəmkir rayon sakinini qaçırdıb.

Bildirilir ki, bir neçə ay bundan öncə Daşkəsən rayonunun 20 yaşlı Almalı kənd sakini Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiyini bildirərək, razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib.

İlkin məlumatlara görə, A.İsayev yenidən qızı qaçırdıb. Buna görə, qızın Şəmkir rayonundan olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu Gəncə şəhərində yaşayan A.İsayevin qohumlarının yaşadığı ünvana gəlib və orada A.İsayevin boğazını kəsərək onu qətlə yetirib.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00