Gəncədə quldurluq edən şəxslərdən birinin evindən qumbara tapılıb

Gəncədə quldurluq edən şəxslərdən birinin evindən qumbara tapılıb
Want create site? Find Free WordPress Themes and plugins.

Daxili İşlər Nazirliynin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında Ş.İ.Xətai prospektində 3 nəfər tərəfindən döyülüb, bıçaqla hədələnərək pulunun alındığını bildirib.

Bu barədə A24.Az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra avtomobillə aradan çıxdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər – əvvəllər məhkum olunmuşlar – Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1”qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar