Gəncəyə yeni baş konsul təyin edildi

Gəncəyə yeni baş konsul təyin edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib.

“A24.az” bildirir ki, Azərbaycan XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar