Gənclər və İdman Nazirliyinin fəaliyyətində də NÖQSANLAR aşkarlandı

Gənclər və İdman Nazirliyinin fəaliyyətində də NÖQSANLAR aşkarlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb.

A24.Az-ın Apa-ya istinadla məlumatına görə, bu, Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda əks olunub.

Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10 433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13 475, tədbirlərin keçirilməsi üzrə 48 379,7, digər xərclər üzrə 35 696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108 358,1 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar