“Gənclik Mall”da qızın telefonunu belə oğurladılar - VİDEO

“Gənclik Mall”da qızın telefonunu belə oğurladılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Polis paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxsi saxlayıb. Məlum olub ki, həmin şəxs ticarət mərkəzindəki restoranda olan şəxslərin mobil telefonlarını oğurlayıb. Telefonları isə dəyərindən ucuz 60-70 manata satıb.

A24.Az xəbər verir ki, masanın üstündə olan mobil telefonu götürüb heçnə olmamış kimi gedir.

Görüntülər böyük ticarət mərkəzlərindən birinin təhlükəsizlik kameralarına düşüb.

Zərərçəkmiş şəxs Paytaxtın Nərimanov rayon 18-ci polis şöbəsinə məlumat verib ki,metronun ”Gənclik” stansiyası yaxınlığındakı ticarət mərkəzindəki restoranda olarkən telefonu oğurlanıb.

Əməliyyat- axtarış tədbirlərinə başlayan polispaytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəllini saxlayıb. Araşdırma zamanı onun həmin ticarət mərkəzindən ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub.

Dindirmə zamanı Orxan Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üsdündə olan və nəzarətsiz qalan mobil telefonları oğurladığını deyib. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.

Faktlar bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Kriminal, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar