A24 Xeber

General ABŞ-a meydan oxudu: Bizimlə bacara bilməzlər!

General ABŞ-a meydan oxudu: Bizimlə bacara bilməzlər!
22
31 May 2018 - 22:34

İranlı general Hüseyn Səlami ABŞ prezidenti Donald Trampın 2015-ci ildə imzalanan nüvə müqaviləsinddən birtərəfli olaraq geri çəkildiyini açıqlamasından sonra Xarici İşlər Naziri Mayk Pompeonun İran ilə yeni bir nüvə müqavilə üçün 12 maddəlik yeni şərtlər təqdim etməsini sərt tənqid edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Tehranda keçirilən bir iclasda danışan general H.Selami “İranın raket proqramının inkişafını sona çatdırması lazım olduğunu hesab edirlər.

Bizi bu məsələdə məcbur edə bilməyəcəkləri üçün bunu bizim özümüzün etməyini istəyirlər” dedi.

Pompeo ötən həftə verdiyi bəyanatda, İranın xaricdəki polis qruplarına dəstəyini dayandırması və raket inkişaf etdirmə proqramını xitam öhdəliyi verməsi vəziyyətində yeni bir müqavilə imzalanacağını bildirmişdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00