A24 Xeber

General ilk dəfə aprel döyüşlərində azad edilmiş ərazidə

General ilk dəfə aprel döyüşlərində azad edilmiş ərazidə
103
30 Yanvar 2018 - 18:00

Azərbaycanda ilk dəfə nazir işğaldan azad olunmuş ərazidə vətəndaşlar üçün qəbul keçirəcək.

Ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul fevralın 23-də olacaq.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. Lakin həmin kəndə aid Lələ təpə yüksəkliyi erməni işğalçılarının əlində qaldığından Cocuq Mərcanlıda yalnız bir azərbaycanlı ailəsi yaşayırdı. 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kənd yenidən qurulub, burada yeni evlər tikilib, müvafiq infrastrukturun tikintisi aparılıb, əhali kəndə köçüb. Keçən il iyunun 17-də Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.//Report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00