A24 Xeber

Generaldan Afrin açıqlaması: Əməliyyat beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir

Generaldan Afrin açıqlaması: Əməliyyat beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir
36
01 Aprel 2018 - 22:30

“Zeytun budağı əməliyyatında istifadə edilən silah və döyüş sursatları da daxil olmaqla, beynəlxalq qanun və antiterror prinsiplərinə uyğun olaraq icra edilir”

A24.Az xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar deyib.

Baş qərargah Başçısı General Hulusi Akar, Quru qüvvələri komandiri general Yaşar Gülər və Hava qüvvələri komandiri general Həsən Küçükakyüz ilə birlikdə Elazığ, Tunceli və Malatya bölgələrindəki birlik və qərargahlarında yoxlama həyata keçiriblər. General Hulusi Akar bölgədəki qoşunların komandirləri ilə görüşüb, davam edən əməliyyatlar və digər tədbirlər barədə məlumatlar alıb təlimat verdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00