Generaldan şok açıqlama: Evə dönüş başladı

Generaldan şok açıqlama: Evə dönüş başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar Afrində terrorçulardan təmizlənən ərazilərdə mülki əhalinin evə dönüşlərininin başladığını açıqlayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, general Hulusi Akar, bərabər qüvvə komandanları ilə birlikdə Hatayda olan Zeytun Budağı Hərəkatında xidməti vəzifəsini yerinə yetirən müxtəlif birlik, ordu və briqada ilə Türkiyə Silahlı Qüvvələri Səhiyyə Komandanlığı Səyyar Yardım Xəstəxanasında baş çəkərərək oradakı vəziyyətlə tanış olub.

Akar xəstəxanada olarkən bildirib ki, mənşəyindən asılı olmayaraq, Afrindəki bütün terorçular məğlub edilənədək mübarizə davam edəcək.

Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun budağı” əməliyyat çərçivəsində, ölkənin Jandarma və Xüsusi Təyinatlı Polis Qüvvələri Suriyanın Afrin bölgəsinə girib. Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri iki mövqedən – Kilis Gülbaba və Hatay Hassa sərhədindən Afrin bölgəsinə daxil olublar. Məsələ ilə bağlı açıqlama verən baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, bu, yaxınlaşan yeni mübarizə üçün hazırlıq mərhələsidir.

Məlumatda bildirilib ki, Xüsusi Təyinatlı Qüvvələr Türkiyə-Suriya sərhədində, o cümlədən Afrin bölgəsində təhlükəsizlik və sabitliyi təmin edəcək, yerli sakinləri terrorçularının təzyiq və hücumlarından qoruyacaq, həmçinin onların kəndlərə yenidən girməsinin qarşısını alacaqlar.

Bununla da “Zeytun budağı” əməliyyatının ikinci hissəsi başlayıb. Bu günə qədər Afrinin 23%-i – 537 kv/km ərazisi terrorculardan azad edilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də Afrində “Zeytun budağı” adlı başladığı əməliyyat hazırda davam edir. Bu müddət ərzində 2059 terrorçu zərərsizləşdirilib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar