A24 Xeber

Genetiklər insan sağlamlığını tam qoruyacaq mexanizmlər aşkar ediblər

Genetiklər insan sağlamlığını tam qoruyacaq mexanizmlər aşkar ediblər
19
05 May 2018 - 18:33

“Genome” layihəsi üzərində işləyən alimlər sensasiyalı bəyanat veriblər: artıq on ildən sonra bütün viruslaradözümlü, habelə sinir sistemi və xərçəng xəstəliklərinə müqavimət göstərən hüceyrələr yaranacaq.

A24.Az “MedDaily” saytına istinadla xəbər verir ki, alimlər bu nəticələri bağırsaq çöplərinin tədqiqatlarını davam etdirərkən əldə ediblər. Onlar genoma 321 çöp yeridərək, onu dəyişdiriblər. Bu, bakteriyaların təhlükəli virusa qarşı müqavimətini artırıb. Doğrudur, ekspertlər etiraf edirlər ki, daha mürəkkəb orqanizmlərin genomunun dəyişdirilməsi gərgin iş tələb edir.

Harvard Universitetinin professoru Corc Çerç bu prosesi belə şərh edib: “İnsan bədənində hər bir zülalı yenidən proqramlaşdırmaq təqribən 400 min dəyişiklik tələb edir. Gərək 20 min insan genindən artıq kodonlar (genetik kod vahidi) çıxarılsın. İnsan genlərini elə tərzdə proqramlaşdırmaq lazım gələcək ki, adamlar radiasiya, qocalma, kəskim temperatur dəyişiklikləri və xərçəngə qarşı davamlı olsunlar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00