A24 Xeber

Son zamanlar yol polisi avtomobilləri hər hansı qayda pozuntusuna görə saxladıqda sürücülər sənədləri təqdim etmək istəmirlər. 

“A24.az” “Xəzər” TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir.

Belə ki, sürücü “get, özün yoxla” deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində, bunu etmək qadağandır.

Vaqif Əsədov bildirib ki, yol polisi əlində olan avadanlıqlarla sürücünün sənədlərinin olub-olmadığına baxa bilər. Amma tələb edildiyi təqdirdə sənədlərin qəsdən təqdim edilməməsi polisə tabesizlik kimi qiymətləndirilə bilər ki, bunun da kifayət qədər ağır cəzası var.

Yol polisi rəsmisi qeyd edib ki, hazırda zərurət olduğu halda, xüsusi avadanlıqlardan istifadə edilərək, sürücünün sənədləri yoxlanılır. Əgər sürücünün kimliyini müəyyənləşdirmək mümkün olmursa, o, polis bölməsinə aparıla bilər.

Son zamanlar yol polisi avtomobilləri hər hansı qayda pozuntusuna görə saxladıqda sürücülər sənədləri təqdim etmək istəmirlər.  “A24.az” “Xəzər” TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir. Belə ki, sürücü “get, özün yoxla” deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində, bunu etmək qadağandır. […]

“Get, özün yoxla” – Sürücü yol polisinə sənəd təqdim etməlidirmi? – VİDEO

26