Getdikcə cavanlaşan altsheymerdən necə qorunaq? –  Musiqinin daha bir möcüzəvi təsiri

Getdikcə cavanlaşan altsheymerdən necə qorunaq? –  Musiqinin daha bir möcüzəvi təsiri
Want create site? Find Free WordPress Themes and plugins.

Musiqinin insanı altsheymer xəstəliyindən qoruduğu və unutqanlığın müalicəsində müsbət rol oynadığı artıq təsdiq edilib.

A24.Az  xəbər verir ki, elmi tədqiqatlar musiqinin duyğuları, o duyğuların da xatirələri canlandırdığını və xəstələrin yaddaşını yenilədiyi sübut edilib.

Şarkı söylemek Alzheimer’ın önlenmesinde etkili.jpg

Altsheymer xəstəliyi yaş artdıqca inkişaf edir. 75-80 yaşlarında isə daha çox rast gəlinir.

Nevrologiya mütəxəssisi Prof. Dr. Yaşar Kütükçü qədimdən məlum olan mahnıların xəstələrdə keçmiş xatirələri yada salmağa kömək etdiyini deyib və bildirib ki, yaddaşını itirən xəstələr üçün musiqi çox yaxşı bir üsuldur. “Musiqi alətlərində ifa etməyi bilən xəstələrdə, xüsusilə bunu etmək çox faydalı ola bilər. Hətta hərəkət funksiyaları kifayət qədər olan xəstələrdə musiqinin ritminə uyğun rəqslər xəstələrdə toxunma duyğularının, inam hissinin artması və xatirələrin canlanmasında yaxşı üsuldur”.

MUSİQİ YUXU POZĞUNLUĞUNU MÜALİCƏ EDİR

Musiqinin sakitləşdirici effekti də vardır.  O qorxu, təcavüz, yuxu pozuntularını, hətta beyin və fiziki funksiyaları korreksiya edici təsirə malikdir.

Mütəxəssis unutqanlığa səbəb olan amilləri sadalayıb:

  • Damar sərtliyinə səbəb olan yüksək təzyiq və xolesterin, şəkər,  siqaretdən istifadə unutqanlığa səbəb olur. Pis vərdişlərdən uzaq durun.
  • Nizamlı məşq edin. Xüsusilə nizamlı yürüş edənlərdə unutqanlıq riski azdır.
  • İctimai münasibətlərdə fəal olun. Bu həmçinin stress, depressiya narahatlıq kimi digər risk faktorlarının azaldılması üçün də əhəmiyyətlidir.
  • Nizamlı və balanslı qidalanın.
  • Stressdən uzaq durun.
  • Zövq alacağınız işləri görün. Varsa, xobbinizlə məşğul olun.
  • Nizamlı yatın.

Картинки по запросу alzheimer xəstəliyi

YADDAŞI İnkişaf Etdirmək Üçün Bunları Edin

  • Tapmaca, krassvord həll edin.
  • “Scrabble” kimi strategiya tələb edən oyunlardan oynamaq.
  • Bol miqdarda qəzet, jurnal oxuyun, sevdiyiniz kitabları mütaliə edin.
  • Musiqi alətində ifa edin.
  • Xarici dil öyrənmək kimi yeni xobbilərlə məşğul olun.

Картинки по запросу alzheimer

UNUTQANLIQLA MÜBARİZƏ APARIN:

  1. Gündəlik görəcəyiniz işləri, planlarınızı, görüşlərinizi qeydə alın.
  2. Alış-verişə çıxarkən siyahı tutun.
  3. Vacib olan telefon nömrələrini bir yerə yazın.
  4. Bir şeyi necə edəcəksiniz, sırayla yazıb bir yerə yapışdırın.
  5. Əşyaları (açar, eynək) eyni yerə qoymağa diqqət edin.
  6. Görüşləriniz üçün xatırlatma qurun.
  7. Biri ilə danışarkən diqqətinizi ona verin.
  8. Mümkünsə asta danışın.

Vüsalə Əlövsətqızı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Sağlamlıq, Maraqlı, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar