A24 Xeber

Gizli söhbətlər üzə çıxdı: Yeltsin Putin haqqında Klintona nə deyib?

Gizli söhbətlər üzə çıxdı: Yeltsin Putin haqqında Klintona nə deyib?
191
31 Avqust 2018 - 16:07

ABŞ-da Yeltsinlə Klintonun Putin barəsində nə danışdıqları dərc olunub.

“A24.az” “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezident kitabxanasının saytında məlumat verilib.

Məlumatda keçmiş ABŞ prezidenti Bill Klintonun bütün danışıqları, həmçinin teelfonla olan söhbətləri yayımlanıb. Klintonun Yeltsinlə olan danışıqları isə 1993-1999-cu illər arasında olub. Belə ki, Yeltsin ikinci prezidentlik dövrünün sonlarında – 1999-cu ilin sentyabrında yerinə kimi varis seçdiyi haqda məlumat vermək üçün Klintona zəng edib. Danışıq zamanı Yeltsin bildirib ki, Klinton bir neçə gündən sonra Vladimir Putinlə tanış ola biləcək. Və seçdiyi varisin şəxsiyyəti haqqqında ona qısa məlumat da verib.

Rusiyanın birinci prezidentinin sözlərinə görə, 2000-ci ildə Rusiya prezidentinin kim olacağını düşünmək üçün uzun müddət bu barədə fikirləşib. Nəhayət, o Putinlə rastlaşıb və onun tərcüməyi halı, maraqları, ətrafı və digər işləriylə tanış olub.

Yeltsin qeyd edib ki, Putin etibarlı adamdır və ətrafda baş verənlərə nəzarət və idarə edən biridir. Bundan başqa Yeltsin Klintonun diqqətinə çatdırıb ki, varisi hərtərəfli, güclü və çox ünsiyyətcil, insanlarla asanlıqla gözəl münasibət qura bilən birisidir. “Putin sərt və daxili gücüylə qalib olacaq və işi yerində həll edəcək. Putin  Yeltsinin yürütdüyü demokratiya və iqtisadiyyat xəttini davam etdirəcək və buna müvəffəq olmaq üçün onun enerjisi və ağlı var”.

Son olaraq, Yeltsin Klintonun Putinin çox yüksək səviyyəli tərəfdaş olduğunu və 2000-ci ildə keçirilən seçkilərdə ruslar tərəfindən dəstəklənəcəyini söyləyib.

Qeyd edək ki, 1999-cu ilin avqust ayında Yeltsin Baş nazir Serqey Stepaşini istefaya göndərərək yerinə Vladimir Putini təyin edir. Onun sözlərinə görə, yeni Baş nazirin bacarıq və qabiliyyətini nəzərə alaraq Putini müvəqqəti Nazirlər Kabinetinin sədri və Rusiya hökumətinin birinci müavini təyin  edir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00