Gömrük Komitəsində köklü yoxlamalar : Korrupsiya halı AŞKARLANDI

Gömrük Komitəsində köklü yoxlamalar : Korrupsiya halı AŞKARLANDI
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının 10 əməkdaşının fəaliyyəti ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib.

A24.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov “Gömrük orqanlarının işində şəffaflıq və hesabatlılıq” mövzusunda ictimai müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, daha yeddi əməkdaşın fəaliyyəti ilə bağlı sənədlər DGK-nin istintaq idarəsinə yönəldilib:

“İntizam məsuliyyətinə peşəkar öhdəliklərinin icrası zamanı pozuntulara yol vermiş 209 gömrük əməkdaşı cəlb olunub. Onlardan 10 nəfəri gömrük orqanlarından uzaqlaşdırılıb, iki nəfər tutduğu vəzifədən azad edilib. Bir əməkdaşın vəzifəsi, beş nəfərin rütbəsi azaldılıb. Gömrük orqanlarının 47 əməkdaşına xəbərdarlıq və şiddətli töhmət verilib, 114 nəfər töhmət alıb, 30 nəfərə xəbərdarlıq edilib”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar