A24 Xeber

Gömrükdə siqaret əməliyyatı – 22 min qutu ələ keçdi – FOTO

Gömrükdə siqaret əməliyyatı – 22 min qutu ələ keçdi – FOTO
704
04 Mart 2017 - 18:50

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən A24.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa bufer hissəsindən, sol və sağ ayaqlıqlarının içərisindən gömrük nəzarətindən gizlədilən 22 200 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00