A24 Xeber

“Google” bu ölkə üçün yeni bir XİDMƏT istifadəyə verir

“Google” bu ölkə üçün yeni bir XİDMƏT istifadəyə verir
31
12 Sentyabr 2018 - 0:23

“Google” axtarış sisteminin yeni xidməti sayəsində Birləşmiş Ərəb Əmirliklərində və Yaxın Şərqin digər ölkələrində iş axtarmaq asanlaşacaq.

A24.Az xəbər verir ki, yeni xidmət istifadəyə veriləndən sonra işaxtaranlar sistemin işinin optimallaşdırılması nəticəsində vakansiyaya dair əlavə məlumatı, o cümlədən işəgötürənin təklif etdiyi əməkhaqqı, digər istifadəçilərin şirkət haqqında rəyləri və s. daha tez əldə edəcəklər.

Bununla yanaşı, istifadəçilər öz müraciətlərinə və maraqlarına müvafiq olaraq, yaranan vakansiyalar barədə xəbərləri əldə edə biləcəklər. Bu, arzulanan işin axtarılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Sistem hər ay “Google” saytında vakansiya axtarışı ilə bağlı 4 milyona yaxın müraciət qeydə alır.

Qeyd etmək lazımdır ki, bu təşəbbüs “Google” şirkəti ilə HR-xidmətləri üzrə ixtisaslaşan 11 yerli və regional portal arasında (“Bayt”, “WUZZUF”, “Forasna”, “Emploitic”, “Novojob”, “Rekrute”, “Jobzella”, “Wzayef”, “Akhtaboot”, “Laimoon” və “GulfTalent”) imzalanan tərəfdaşlıq sazişi çərçivəsində həyata keçiriləcək.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00