A24 Xeber

“Google Chrome”da keçmiş və digər məlumatlar necə silinir? – FOTOLARLA

“Google Chrome”da keçmiş və digər məlumatlar necə silinir? – FOTOLARLA
710
15 Mart 2017 - 22:21

“Google Chrome”da keçmişimizi, şifrələri, yüklədiklərinizi silmək istəyirsinizsə, yazdıqlarımızla bunu reallaşdıra bilərsiniz.

“A24.az” bildirir ki, ilk olaraq “Chrome”un yuxarıda sağda yerləşən 3 nöqtəyə vurun. Açılan menyudan Parametrlər (nastroyki) bölməsini seçin.

Qarşınıza çıxan pəncərənin ən aşağı hissəsində “Varsayılan Darayıcı” (brauzer po umalçaniyu) altında olan “İstifadə olunan parametrləri göstər” (pokazat dopolnitelnıe nastroyki) yazısını seç. Sizə aid olan bütün şəxsi məlumatlar hamısı qarşınıza çıxacaq.

Burada “Tarama məlumatlarını təmizlə” (Bütün məlumatları təmizlə) menyusuna daxil olun.

Tarama məlumatlarını silmək istəyirsinizsə, bütün verilənləri seçsəniz buna nail olacaqsınız. Yəni seçdiyiniz bu düymə keçmiş məlumatlarla yanaşı, hər şeyi silir. Əgər istəsəniz bütün bu verilənlərin hamısını deyil, son bir ay, son bir həftə, son 1 saat olaraq da silə bilərsiniz. Qeyd edək ki, bu əməliyyat zamanı geriyə yol yoxdur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00