“Google Pay” şirkətindən daha bir YENİLİK: Bu dəfə...

“Google Pay” şirkətindən daha bir YENİLİK: Bu dəfə…
Want create site? Find Free WordPress Themes and plugins.

“Google Pay” şirkəti “Google Pay” ödəniş xidmətinin iri yenilənməsini həyata keçirib və onun imkanlarını ciddi şəkildə genişləndirib.

A24.Az-ın ixbt.com saytına istinadən məlumatına görə, “Google Pay” və “Google Pay Send” tətbiqlərinin funksionallığı birləşdirilib.

Artıq xidmətin istifadəçiləri arasında pul vəsaiti göndərmək və istəmək imkanı yaradılıb. Düzdür, hələlik bu funksiya ancaq ABŞ sakinləri üçün nəzərdə tutulub. Həmçinin hesabı bir neçə insan arasında bölmək mümkündür. Burada 5 iştirakçı dəstəklənir.

Digər mümkün yeniliklər arasında minik talonlarının, konsert biletlərinin, loyallıq kartlarının, hədiyyə kartlarının və sairin yaddaşda saxlanması olacaq.

Ödənişlər barədə məlumatları tətbiqlə olduğu kimi, veb-interfeys vasitəsilə də idarə etmək mümkün olacaq.

Xatırladaq ki, “Google Pay” bu ilin əvvəlində işə salınıb. O, “Android Pay” və “Google Wallet” ödəniş sistemlərini vahid brend altında birləşdirir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar