“Google”dan rekord GÖSTƏRİCİ

“Google”dan rekord GÖSTƏRİCİ
Want create site? Find Free WordPress Themes and plugins.

“Google”un sahibi olan “Alphabet” tərəfindən işlənib hazırlanan “Project Loon” hava şarları şəbəkəsi yeddi internet-stratostat arasındakı məlumatları təxminən min kilometr məsafəyə ötürməyə müvəffəq olub. Əvvəlki rekord yüz kilometrə bərabər idi və yalnız iki stratostat arasındakı məlumatları ötürmüşdü.

A24.Az “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, informasiya təxminən 600 kilometrdən çox məsafədə yerləşən bir hava şarından digərinə ötürülüb.

Xatırladaq ki, “Loon” layihəsi “Alphabet”in tərkibinə daxil olan “X” innovativ işləmələr bölməsi tərəfindən hazırlanıb. Təxminən 20 kilometr yüksəkliyə qaldırılan hava şarları məlumatları “LTE” tezliyində ötürür ki, yaxınlıqda olan istifadəçilər mobil telefonların köməyi ilə internetə qoşula bilsin. Möhkəm örtük aerostatlara stratosferin alt qatlarında təxminən 100 gün qalıb işləməyə imkan verir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar