A24 Xeber

Goranboy sakini döyüldü

Goranboy sakini döyüldü
38
28 Aprel 2018 - 4:22

Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib.

Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

 V. Paşayev artıq polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00