A24 Xeber

Goranboy sakini qazdan zəhərləndi

Goranboy sakini qazdan zəhərləndi
20
28 Aprel 2018 - 1:30

Goranboy sakini təbii qazdan zəhərlənib.

A24.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xanqərvənd kənd sakini, 1989-cu il təvəllüdlü Salmanova Aytən Ramiz qızı məişət qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 Məlumata görə, bu gün rayon ərazisində təbii qazın verilişində fasilə yaranan zaman A. Salmanova mətbəxdə istifadə olunan balon qazını işə salıb. Alovun söndüyünü hiss etməyən qadın otağa dolan qazdan zəhərlənib.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00