Goranboyda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum oldu

Goranboyda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Goranboyda baş vermiş ağır avtomobil qəzasının təfərrüatları məlum olub.

A24.Az “Report”a istinadən xəbər verir ki, qəzaya səbəb “Toyota Prado” markalı avtomobilin sürücüsü, Ağdam rayon Paşabəy kənd sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlunun sükan arxasında infarkt keçirməsi olub.

Bu zaman avtomobil idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn “VAZ-21021” markalı avtomobillə toqquşub. Nəticədə sürücü və həyat yoldaşı ölüb. Onların iki nəvəsi isə xəsarət alıb.

Yaxınlarının sözlərinə görə, əvvəllər 2 dəfə ürək əməliyyatı keçirən F.Quliyev ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, hadisə nəticəsində “VAZ -21021” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun həyat yoldaşı və qızı isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar