Goranboyda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndinə gedən yolda baş verib. Rayon xəstəxanasının stomatoloq həkimi, 1985-ci il təvəllüdlü Musayev Orxan Əli oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən başqa bir “VAZ” markalı avtomobil onun maşınına çırpılıb.

Qəza zamanı “Lada Priora” yolun kənarında olan işıq dirəyinə çırpılıb. Nəticədə sürücü O. Musayev və Naftalan təcili tibbi yardım stansiyasının işçisi 1984-cü il təvəllüdlü Balacayev Həsən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar