A24 Xeber

Göy üzündə rekord hündürlükdə göydələn tikiləcək – FOTOLAR

Göy üzündə rekord hündürlükdə göydələn tikiləcək – FOTOLAR
620
31 Mart 2017 - 21:35

Amerikanın Clouds Architecture Office şirkətinin memarları gələcəyin çox maraqlı layihəsini təqdim ediblər.

Belə ki, yeni layihədə Yer kürəsinin səthinə toxunmayacaq dünyanın ən böyük göydələnini tikmək təklif olunub. Fantastik tikili Analemma Tower adını alıb və onun 50.000 km yüksəklikdə asılı vəziyyətdə qalacağı güman olunur. Sözügedən tikilini mühəndislər geostasionar orbitdə asteroidə bərkidilməsini təklif ediblər. Bu zaman göydələn asteroiddən bərk trosların hesabına asılı vəziyyətdə qalacaq. İdeyaya əsasən sözügedən göydələn bir növ gələcəkdə göy üzündə olacaq şəhərlərin təməl layihəsi rolunu daşıyacaq. Reallaşdırılması lazım olan əsas işlər siyahısında lazımi asteroidi tapıb, onu Yer kürəsinin orbitinə çatdırmaq və göydələni kilometrlərlə uzadacaq texnologiyanı yaratmaq durur.

Şirkət təmsilçilərinin məlumatlarına əsasən sözügedən göydələnin tikilməsində Birləşmiş Ərəb Əmirliklərinin inşaatçıları məşğul olacaqlar. Belə ki, onları işə cəlb etmək daha ucuz qiymətə başa gəlir. Bu cür tikilini enerji ilə təmin etməyə gəldikdə isə, burda günəş batareyalarından istifadə olunacaq. Su təminatı buludlar vasitəsilə reallaşdırılacaq. (technote.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00