A24 Xeber

Göyçayda gənclər arasında dava: İki qardaş bıçaqlandı

Göyçayda gənclər arasında dava: İki qardaş bıçaqlandı
42
19 May 2018 - 3:19

Göyçay rayonunda gənclər arasında baş verən dava zamanı iki qardaş bıçaqlanıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Elvin Rakif oğlu və qardaşı Rəşad Rəsulov bıçaq xəsarəti aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Onların kənddə gənclər arasında baş verən dava zamanı bıçaqlandığı bildirilir.

 Qardaşları bıçaqlayan şəxs qaçaraq gizlənib. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00