A24 Xeber

Göyçayda məktəblini maşın vurdu

Göyçayda məktəblini maşın vurdu
25
02 May 2018 - 21:50

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Rayon sakini Dilqəm Səlimov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Qaraxıdır kənd sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub. Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00