A24 Xeber

Gözəllik kraliçasından Qurana hücum: “Yaratdığı təhlükə ilə bağlı məhkəməyə müraciət edəcəm”

Gözəllik kraliçasından Qurana hücum: “Yaratdığı təhlükə ilə bağlı məhkəməyə müraciət edəcəm”
80
22 May 2018 - 10:05

Belçikalı senator Anke Van Dermeersch Quranla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, keçmiş gözəllik kraliçası Quranın Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğunu irəli sürüb.

Qurandakı ayələrdə “kafirlərin öldürülməsinin əmr edildiyini” iddia edən Van Dermeersch müqəddəs kitabda şiddətə çağırışın edildiyini bildirib: “Quranın yaratdığı təhlükə mövzusunda cəmiyyətə xəbərdarlıq etmək üçün AİHM-ə müraciət edəcəm”.

Həmçinin Van Dermeesch bildirib ki, Quranın qadağan olunmasını deyil, müqəddəs kitabın Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən nəzərdən keçirilməsini tələb edəcək.

İslama qarşı heç bir mənfi mövqeyinin olmadığını deyən Anke Van Quranda qadınlara qarşı ayrı-seçkilik, təcavüz və şiddətin müdafiə olunduğunu irəli sürüb.

Belçikalı qadın siyasətçinin dediklərinə görə, müsəlman qadınların əksəriyyəti sosial təzyiqlərdən dolayı hicab taxmaq məcburiyyətində qalır. Bununla bağlı yaşı 18-dən aşağı olan qadınların hicab bağlamasının qadağan olunmasını da istəyib.

İslamı Avropa üçün “ən böyük risk” olaraq dəyərləndirən Anke Van bir neçə həftə bundan əvvəl dərc olunan kitabı ilə də yenə gündəm olmağı bacarıb. Belə ki, Belçikalı senator xatirələrini qələmə aldığı “A.N.K.E, politiek in correct” adlı kitabının cildində qırmızı dabanlı ayaqqabı ilə Quranın üzərinə ayaq basan qadın şəkli yer alıb. Anke Van bu şəkli “Quranda qadınlara qarşı edilən ayrı-seçkiliyə etiraz etmək üçün qoydum” deyib. Lakin “De Zondag” qəzetinə müsahibəsi zamanı senator “Quranın hamısını oxumusunuz?” sualına “Xeyr, sadəcə maraqlandığım hissələri oxumuşam” cavabını verib.

Qeyd edək ki, 1972-ci ildə Belçikanın Anvers şəhərində doğulan Anke Van Dermeesch 1991-ci ildə gözəllik kraliçası seçilib. Hüquqşunaslıq üzrə təhsil alan Anke Van 1999-cu ildə Flaman Liberal Demokrat partiyasına üzv olmaqla siyasətə qoşulub. Daha sonra qatı sağçı olan Flaman Mənfəət Partiyasına keçib. Bundan başqa Federal parlamentdə senator və millət vəkili kimi də fəaliyyət göstərir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00