"Greencard" udan Elariz: “Toyları qoyub, heç yerə gedəsi deyiləm” - VİDEO

“Greencard” udan Elariz: “Toyları qoyub, heç yerə gedəsi deyiləm” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Elariz Məmmədoğlu maraqlı açıqlamalar verib.

“A24.az” xəbər verir ki, Elariz “Greencard” qazanmasının yaman səs-küyə səbəb olmasından bəhs edib:

“Greencard” məsələsi qüvvədədir. Həyat yoldaşım həmin “Greencard”ı ötən ilin mayında qazanmışdı. Bir il ərzində proseslər davam edir. Mən Amerikaya köçəsi deyiləm. Sadəcə olaraq Amerikaya gedib gələcəm”.

Müğənninin danışıq formasından belə aydın olur ki, onun yerli şou-biznesdə olması, ən əsası toy bazarındakı çəkisi bəzi həmkarlarını yaman narahat edir:

“Toy baxımından çoxlarına rəqibəm. Fikirləşrilər ki, bu tezliklə Amerikaya getsəydi, aradan çıxardı. Onun payına düşən 20-24 toy ki var ay ərzində həmin toyları mənimsəyərdilər. Amma Bakının, Azərbaycanın toylarını qoyub, mən heç yerə gedəsi deyiləm. Bütün müğənnilər deyir ki, bəşəriyyətdə nə qədər toy var, hamısını mən oxuyum”.

O, toylar haqda həmkarlarına ismarış göndərib:

“Həmkarlarımın bəziləri arzulayarlar ki, Elariz çıxıb xaricə getsin, onlar da burdakı toyları bölsünlər. Ancaq gedəsi deyiləm. Toyları heç kimə etibar edə bilmərəm. Məclisləri gərək özüm oxuyum ki, gənclər xoşbəxt olsunlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar