Güclü duman Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb

Güclü duman Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb
Want create site? Find Free WordPress Themes and plugins.

Dumanlı hava şəraiti Biləsuvar rayonunda nəqliyyatın hərəkətində bir sıra çətinliklərin ortaya çıxmasına səbəb olub.

A24.Az Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən rayon ərazisində güclü duman müşahidə olunmağa başlayıb.

Duman rayon ərazisində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobillərin hərəkətində problemlər yaradıb. Bu səbəbdən də nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edirlər.

Dumanlı hava həmçinin rayonun bir neçə kənd yollarında da müşahidə edilir.

Qeyd edək ki, rayon ərazisində dumanlı hava şəraiti artıq 3 gündir ki, müşahidə olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar