Gülənin İŞİD-lə gizli anlaşması ortaya çıxdı

Gülənin İŞİD-lə gizli anlaşması ortaya çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

15 iyul çevrilişinə cəhddən sonra FETÖ üzvlərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın bir nəfərə sui-qəsd edilməsi üçün İŞİD-dən yardım istəməsi ilə bağlı məlumat ortaya çıxıb.

“A24.az” “axar.az”a istinadən bildirir ki, FETÖ üzvlərindən birinin Suriyanın Tel Abyad şəhərində iki İŞİD üzvüylə görüşməsi haqda məlumat əldə edən polis dövlət orqanlarına xəbərdarlıq mətni göndərib.

Həmin FETÖ üzvünün avqustun 8-də Tel Abyadda Mütənna Əbdülrəzzaq Əli və İbrahim Həsənlə görüşərək, onlardan Ərdoğana yaxın bir nəfərin səssiz silahla öldürülməsi və İstanbulda terror aksiyası təşkil etmələri istənilib.

Məlumata görə, avqustun 9-da Şanlıurfadan Ankaraya 6 səssiz silah göndərilib. Bu silahlardan terror aksiyalarında kürd əsilli 4 qadın istifadə edəcəkmiş. FETÖ üzvü olan şəxs bunun qarşılığında İŞİD-çilərə maddi yardım da edib.

Bu məlumatın əldə edilməsindən sonra türk polisi Prezidentin Təhlükəsizliyi Dairəsi də daxil olmaqla bütün bölgələrdəki polis bölmələrinə xəbərdarlıq göndərib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar