A24 Xeber

Güləşçilərimiz Bolqarıstanda iki qızıl və iki bürünc medal qazandılar

Güləşçilərimiz Bolqarıstanda iki qızıl və iki bürünc medal qazandılar
28
26 Mart 2018 - 1:02

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilib.

A24.Az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçilərimizdən Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Son gün isə yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub.

Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələn güləşçimiz turnirin baş mükafatını qazanıb.

İlk görüşündə məğlub olsa da rəqibin finala yüksəlməsi ilə bürünc medal şansı qazanan Elman Muxtarov bu şansdan maksimum yararlanıb. Əvvəlcə Yaponiya, ardınca isə Türkiyə idmançısına qalib gələn güləşçimiz turnirin bürünc medalını qazanıb.

Beləliklə, məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 2 güləşçi ilə Bolqarıstana yollanan yunan-Roma yığmamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Eyni sayda güləşçi ilə təmsil olunduğumuz qadın güləşi yarışlarında da yığmamız 1 qızıl və 1 bürünc medala sahib olub.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00