Güləşçimiz erməniyə qalib gəldi: Zubairov finalda

Güləşçimiz erməniyə qalib gəldi: Zubairov finalda
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq.

Final görüşləri Bakı vaxtı ilə 10 iyun saat 19:30-da başlayacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar