Günün ən dəhşətli xəbəri – Tələbələrin öldüyü qəzanın təfərrüatları – Faciədən sağ çıxanlar DANIŞDI

Günün ən dəhşətli xəbəri – Tələbələrin öldüyü qəzanın təfərrüatları – Faciədən sağ çıxanlar DANIŞDI
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

Yaralıların bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Dəhşətli qəzadan sağ çıxan tələbə Seymur Əmirov hadisənin təfərrüatlarını açıqlayıb.

“Hadisə Masazır körpüsünün üstündə baş verdi. Körpünün üstündə “ZİL” markalı yük maşını dayanmışdı. Sürücü “ZİL”-in dayandığı yerə iki daş qoymuşdu. Biz Sumqayıt istiqamətində hərəkətdə olarkən anidən sürücü mikroavtobusu sağa çəkdi. Bizim sürücümüz deyəsən daşları görmədi və “Ford” həmin yük maşınına dəydi. Bundan sonra demək olar ki, mikroavtobusun sağ tərəfi sıradan çıxdı. “Ford”un sağ tərəfində oturan tələbələr yola səpələndilər. Hadisə anidən baş verdi. Biz nə baş verdiyini bilmirdik. “Ford” dəmir maneəyə dəyəndən sonra dayandı. Biz aşağı düşüb, yaralıları “Ford”dan çıxarırdıq. Sağ qaldığımıza inana bilmirdik. Şüşələri sındırdıq, yaralıları çıxarıb maşına mindirdik. Mikroavtobusda 25-dən çox tələbə var idi. Tələbələrin çoxu rayon uşaqlarıdır”- qəzanın şahid bildirib.

Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb. //AzVision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar