A24 Xeber

Günün faktiki HAVASI: Dağlıq ərazilərə qar yağıb, bəzi çaylarda daşqın, sel olub

Günün faktiki HAVASI: Dağlıq ərazilərə qar yağıb, bəzi çaylarda daşqın, sel olub
75
12 May 2018 - 12:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) mayın 11-i gündüzdən 12-i  səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, ölkə ərazisində mayın 11-də gün ərzində, 12-də isə səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dolu düşüb, dağlıq ərazilərdə qar yağıb.

Zaqatalada saat 15:08 radələrində dolu düşüb.

Yağan intensiv yağış nəticəsində bəzi dağ çaylarında sululuq artıb, Gorançay, Talaçay çaylarında daşqın və sel olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-5 mm, Zaqatalada 120 mm (aylıq normanın 105 %-i), Balakəndə 57 mm,  Sarıbaşda 51 mm, Kiçik Qafqazda 4-11,  Mərkəzi-Aran rayonlarında 2-9, Qazax-Gəncə zonasında 3-57,  Lənkəran-Astara zonasında 1-2,  Kiçik Qafqazda 4-11, Naxçıvan MR-da 1-9, Bakıda və Abşeron yarımadasında 0.6 mm təşkil edib.

Havanın temperaturu mayın 11-də Bakıda iqlim normasından 3.5 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, aran rayonlarında 22-27, dağlıq rayonlarda 12-16, Naxçıvan MR-da 16-21 dərəcə isti təşkil edib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00