A24 Xeber

Gürcülərin Şengen ölkələrinə vizasız gedişinə start verildi

Gürcülərin Şengen ölkələrinə vizasız gedişinə start verildi
639
28 Mart 2017 - 10:47

Gürcüstan və AB arasında mövcud olan əməkdaşlığa əsasən, bu gündən etibarən Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər.

A24.Az Axar.aza istinadla xəbər verir ki, Tiflis Şota Rustaveli Beynəlxalq hava limanında bir araya gələn Baş nazir Kvirikaşvili, Xarici İşlər naziri Mixail Canalidze, Təhsil naziri Aleksandr Jejelava, qaçqın şagirdlər, sənət və mədəniyyət nümayəndələri və yerli mətbuat mənsubları Kvirikaşvilinin dəvəti ilə Gürcüstan hava yollarının təyyarəsi ilə Yunanıstanın paytaxtı Afinaya ilk dəfə vizasız səyahət ediblər.

Gürcüstan nümayəndə heyəti Afinadadan sonra Belçikanın paytaxtı Brüsselə gedəcək.

Qeyd edək ki, Gürcüstan vətəndaşlarının Şengen ölkələrinə vizasız səyahəti ən çoxu 90 gün ərzində başa çatmalıdır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00