A24 Xeber

Gürcüstan Baş Prokurorluğu deputat Azər Süleymanova qarşı ittiham irəli sürüb

Gürcüstan Baş Prokurorluğu deputat Azər Süleymanova qarşı ittiham irəli sürüb
82
13 İyun 2018 - 14:42

“Marneuli rayonunun rəhbəri Temur Abazov rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Onu 5 ildən 10 ilədək həbs gözləyir”.

 “A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Baş Prokurorluğunun Kvemo Kartli bölgəsi üzrə idarəsində keçirilmiş brifinqdə bildirilib.

Həmin faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T. Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A. Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00