A24 Xeber

Gürcüstan parlamentində GƏRGİNLİK: Spikerlə prezident bir-birinə girdi

Gürcüstan parlamentində GƏRGİNLİK: Spikerlə prezident bir-birinə girdi
41
02 May 2018 - 18:54

Gürcüstan parlamentində prezident Giorgi Marqvelaşvilinin illik hesabatından sonra keçirilən debatlar yarımçıq qalıb.

A24.Az-ın APA-ya istinadla məlumatına əsasən, buna səbəb G. Marqvelaşvili ilə parlamentin sədri İrakli Kobaxidze arasında yaranmış mübahisə olub.

Prezident parlament spikerindən deputatların tənqidlərinə cavab vermək üçün ona şəraitin yaradılmasını xahiş edib. İ. Kobaxidze isə bildirib ki, prezidentə prosedur qaydalarına uyğun olaraq yekunda cavab vermək imkanı yaradılacaq.

G. Marqvelaşvili ona bu imkanın yaradılmamasına etiraz olaraq iclası tərk edib.

İ. Kobaxidze dövlət başçısının bu hərəkətini öncədən planlaşdırılmış addım adlandıraraq, bunu parlamentə hörmətsizlik kimi qiymətləndirib.

Hazırda G. Marqvelaşvili parlament binasındakı kabinetində onun debatlarda iştirakı ilə bağlı qərarın qəbul olunmasını gözləyir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00