Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb - Səbəbi videogörüntüdür...

Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb – Səbəbi videogörüntüdür…
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun saxlanıldığı barədə xəbər yayıb.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumatına görə, ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

Prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və “Facebook” sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T. Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.

Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar